Portal.edu.az təhsillə bağlı elektron xidmətləri vahid məkanda birləşdirən platformadır.
Elm və Təhsil Nazirliyi vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün təhsillə bağlı xidmətlərinin elektronlaşdırılması sahəsində mühüm işlər həyata keçirir ki, onlardan biri də məhz portal.edu.az platformasının istifadəyə verilməsi oldu. portal.edu.az Elm və Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platformadır. Vətəndaşlar bir platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq elektron xidmətlərdən faydalana bilmək imkanı qazanırlar. Xidmətin elektron formatda həyata keçirilməsində məqsəd də bu sahədə aparılan işlərin çevik və keyfiyyətli təşkilinə, müraciətlərin sadə və rahat şəkildə aparılmasına şərait yaratmaqdır. Burada vətəndaşların müraciətin hansı mərhələdə olduğunu izləmək imkanı vardır ki, bu da göstərilən xidmətin açıq və şəffaf formada təşkilinə zəmin yaradır. Beləliklə, Elm və Təhsil Nazirliyinin portal.edu.az platforması təhsillə bağlı elektron xidmətləri bir məkanda birləşdirərək vətəndaşlar üçün müxtəlif proseslərin elektron sistem vasitəsilə həyata keçirməklə vaxt itkisinin aradan qaldırılmasında,cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Tətbiq edilən bu yeniliyin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmasının digər başlıca səbəblərindən biri də şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.