Peşə təhsili müəssisələrinə tələbə qəbulu

Peşə təhsili müəssisələrinə tələbə qəbulu

Peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün aparılır. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətçinin qəbul olduğu ixtisas və təhsil müəssisəsi barədə məlumat şəxsi kabinet bölümündə yer alır. Müraciətçi peşə təhsil müəssisəsinin ünvanına dair məlumatları vet.edu.gov.az saytında Təhsil müəssisələri bölümündən əldə edə bilər.
Peşə təhsili müəssisələrinə tələbə qəbulu

Layihəniz var?

Bizimlə əlaqə