Front-End Developer

Strategiya və yaradıcılığa rəqəmsal yanaşma

Front-End Developer kimdir?

Front-End Developer fərqli brauzerlərdə düzgün görünüş təmin etmək, kodu daha faydalı və vaxta qənaət edən bir formada yazmaq üçün cavabdehdilər. Əlavə olaraq, Front-End Developer arxa planda server məlumatlarını yükləyərək səhifələrin dinamik yüklənməsinə və ya məlumatların dəyişməsinə imkan verən metod və kitabxana biliklərinə də sahib olmalıdır.

İş haqda ümumi məlumat:

  • Dizaynerlərimizin frontend arxitekturalarını və UI/UX dizaynerlərimizn tərtib etdiyi istifadəçi interfeyslərini tədbiq etmək
  • Yenidən istifadə edilə bilən və genişlənə bilən komponentləri yaratmaq
  • “code refactoring” çərçivəsində əlavə tapşırıqları yerinə yetirmək
  • Hazırki və gələcəkdə tədbiq edəcəyimiz səhifələrin / komponentlərin avtomatik test (Cypress) edilməsini təmin etmək
  • Proyektimizin faydalana biləcəyi yeni frontend ideyaları və texnologiyaları nəzərdən keçirmək

Namizəd üçün tələblər:

  • HTML, CSS (SCSS) və JavaScript-i mükəmməl bilmək
  • Js-i və onun əsas prinsiplərini yaxşı başa düşmək
  • NPM, Webpack, Babel kimi frontend alətləri ilə işləmə təcrübəsi
  • Səmərəli, təhlükəsiz, təmiz və genişlənə bilən kod yazmaq bacarığı
  • GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri problemsiz şəkildə həll etmək)
  • REST API üzrə əsas biliklər (sorğunu göndərib cavabı qəbul etmək)
  • Müxtəlif brauzerlərlə işləmə təcrübəsi
  • İngilis dilini bilmək üstünlük olacaq
  • Typescript biliyi arzuolunandır

Müraciət edin və özünüz haqqında bizə məlumat verin.

Layihəniz var?

Bizimlə əlaqə